“Beşiktaş”ın futbolçusu Demba Banın ayaq barmağı yenə şişdi.
İdmanxeber.com-un məlumatına görə, “Trabzonspor”la oyunda sağ ayaq barmağı qırılan təcrübəli oyunçu, müalicə ilə 13 gün sonra yaşıl meydanlara qayıtmışdı. Dünən “Beşiktaş”ın məşqində Demba Banın barmaqı yenə şişib və futbolçu məşqi yarıda buraxmalı olub. Banın növbəti oyunda meydana çıxması çətin olacaq.