Milli komanda

“Beşiktaş”ın iki futbolçusu Azərbaycan millisində – SİYAHI

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı başlayıb.

Idmanxeber.az xəbər verir ki, milli mayın 31-dək Bakıda, iyunun 1-dən 3-dək Belarusun Minsk, 3-dən 6-dək isə Moldovanın Kişineu şəhərində hazırlıq keçəcək. U-19 hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək.

Azərbaycan millisi iyunun 2-də Belarusun U-19, 4-də və 6-da isə Moldovanın U-19 komandası ilə qarşılaşacaq. Təlim-məşq toplanışına 22 futbolçu dəvət olunub.

1 Ramazanov Amin – Lokomotiv (Rusiya)
2 Tağızadə Eldar – Klermon (Fransa)
3 Həsənov Rəşad – Keşlə
4 Hüseynov Cəlal – Zirə
5 Ağayev Nihad – Sumqayıt
6 Babayev Hüseyn – Neftçi
7 Pesotski Nikita – Stroqino (Rusiya)
8 Mədətov Ülvü – Qəbələ
9 Əhmədov Mirəli – Neftçi
10 Əsədov Zöhrab – Qarabağ
11 Rüstəmli Rauf – Qəbələ
12 Əliyev Xəyal – Sabah
13 Oral Yusuf – Beşiktaş (Türkiyə)
14 Vardar Berkay – Beşiktaş (Türkiyə)
15 Kazımov Kamal – Kasımpaşa (Türkiyə)
16 Qənbərov Vüsal – Keşlə
17 Ağayev Mahmud – Zirə
18 Baxşalı Mehrac – Qəbələ
19 Əsədov Gülağa – Qəbələ
20 Qarayev Taleh – Qəbələ
21 Musazadə Musa – Qarabağ
22 Canıyev Mirmövsüm – Qarabağ


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43