“Beşiktaş” hələlik yenilənmə ərəfəsindədir. Komandanın bir çox əskiyi var və transfer dönəmi davam edir. Bir ay sonra ən azı 3 yeni oyunçulu bir “Beşiktaş” görəcəyik”.
Bu sözləri idmanxeber.az saytına Türkiyənin tanınmış futbol şərhçisi Sərdar Əli Çeliklər UEFA Konfrans Liqası III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Beşiktaş”ın hazırkı heyəti KL-in qruplarına qalmaq üçün yetərlidir. “Neftçi” oyunları çox çətin keçəcək. Ancaq “qara qartal”ı bir addım öndə görürəm. Nəticədə iki türk komandasından biri növbəti mərhələyə yüksələcək”.
Çeliklər “Neftçi”ni inkişafda olan komanda kimi gördüyünü və Azərbaycan futbolunun irəli getməsinin vacib olduğunu bildirib:
“Qarabağ”ın öndərliyindəki futbolunuzun Avropaya çıxışı bir az sanki yerində sayır. Komanda uzun illərdir yaxşı bir dönəm keçirsə də, xırda detallarla oyunları uduzur. Bu mərhələdən sonra önə doğru addım atılmalıdır. Azərbaycan futbolu sıçrayış etməlidir. Əks təqdirdə yerində sayma dönəmi bitər və geriləmə dövrü başlayar. “Neftçi” “Qarabağ”dan əvvəl daha ön planda idi. İndi yenidən toparlanmaq istəyir. “Beşiktaş”la indi qarşılaşmasaydılar daha yaxşı idi. Türkiyə və Azərbaycan klubları 1/4 final mərhələsində üz-üzə gəlsəydilər əla olardı”.
Futbol şərhçisi bir dönəm Sergen Yalçının adının “Neftçi” ilə hallanmasına da münasibət bildirib:
“Sergen teklifi qəbul etməyibsə, səhvə yol verib. Yalnız o deyil, türkiyəli məşqçilər üçün Azərbaycan yaxşı alternativdir. Ancaq nə yazıq ki, dəyərləndirmirlər və ya onlara maraq yoxdur. Şəxsən mən sevə-sevə Bakıda yaşamağa razı olardım. Sizin vasitənislə də ata torpaqlarımda yaşayan bütün həmyerlilərimə salam göndərirəm”.
Həsən Quluzadə