Dünya futbolu

“Beşiktaş”ın sabiq məşqçisi “Votford”dan qovuldu

“Votford” baş məşqçi Valeryen İsmaelin vəzifəsinə son verib.

İdmanxeber.az-ın məlumatına görə, Çempionşip klubu ard-arda gələn pis nəticələrdən sonra bu qərarı verib. Onlar son 7 oyunda cəmi bir qələbə qazanıb.

İsmael ötən ilin mayından İngiltərə klubuna başçılıq edirdi.

“Votford” hazırda 44 xalla 11-ci yeri tutur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43