Dünya futbolu

“Beşiktaş”ın yeni transferinə “göz dəydi”

"Beşiktaş"ın yeni transferi Cermey Cons zədələnib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, bir neçə gün öncə "Şalke"dən icarə əsasında transfer olunan futbolçu ilk məşqində sol ayağının qasıq nahiyəsində ağrılar hiss etdiyi üçün hazırlığı yarımçıq dayandırıb. Tibbi müayinədən keçən təcrübəli müdafiəçinin 2 həftə futbolsuz qalacağı bildirilir.

Qeyd edək ki, Cons "Beşiktaş"la 6 ay müqavilə imzalayıb

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43