AZAL-ın futbolçusu Junior Ailton Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilmiş "İnter"lə (2:1) oyundan sonra idmanxeber.com-a müsahibə verib.
– Oyun haqqında fikirlərin..
– Belə çətin oyun olacağını gözləyirdik. Bu gün pis oynamadıq qələbəni də sonlarda əldən verdik. Bəxt bizim tərəfimizdə deyildi.
– İkinci qolu oyunun sonlarında buraxdınız. Komanda artıq arxayn idi ki, bir xal qazanıb.
– Yox, belə bir şey ola bilməz. Rəqib cərimə zərbəsindən fərqləndi, oyunda da yaxşı oynayan tərəf biz idik.
– Necə hesab edirsən, AZAL çempionata hazırdır?
Hazırlığı yüksək səviyyədə keçirdik. Bəli, deyərəm ki, hazırıq. Növbəti oyunlarda da praktiki baxımdan daha da yaxşı olacağıq.
– Heyətinizdə çoxlu dəyişikliklər oldu. 5 futbolçu getdi və 6-7 yeni futbolçu komandaya qoşuldu.
– Komandadan gedənlər barəsində bir şey demək istəmirəm. Çünki bu onların öz fikridir. Komandaya yeni qoşulan futbolçular da təcrübəli futbolçulardır. Məsələn, Turkoviç ilk oyununda fərqləndi. Sadəcə onlara bir az zaman lazımdır.
– İlk dövrədə "İnter"i bu meydanda məğlub edə bilmişdiniz..
– Bəli, o oyunla indiki oyun arasında ciddi fərq yoxdur, hər ikisində daha yaxşı oynayan tərəf biz idik, bu gün bəxtsizlk fərqli cəhət idi.
– Rəqibin baş məşqçisi oyunun ədalətli nəticəsinin "İnter"in qələbəsi olduğunu bildirdi..
– Onun fikrinə hörmətlə yanaşıram.