Dünya futbolu

Beyl 3 həftə oynamayacaq

“Real”ın futbolçusu Qaret Beyl tibbi müayinədən keçib.

“El-Klassiko”da sol ayaq əzələsindən zədə alan uelsli yarımmüdafiəçinin 3-4 həftə uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Q.Beyl Çempionlar Liqasının yarımfinalında “Atletiko” ilə hər 2 oyunu və La Liqada ən azı 4 matç buraxacaq.

Qeyd edək ki, Q.Beyl bu mövsüm 26 oyunda 9 qol vurub, 5 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43