Madrid “Real”ının futbolçusu Qaret Beyl karyerasını Çində davam etdirəcək.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Çinə yollanıb.
Onun bu ölkənin “Szyansu Sunin” klubu ilə 3 illik müqavilə imzalayacağı bildirilir. Bu üç ildə uelsli futbolçu 22 milyon avro qazanc əldə edəcək.
Qeyd edək ki, 2013-cü ildən “Real”dan çıxış edən Beyl ötən mövsüm Madrid klubunda 42 oyuna 14 qol vurub, 7 məhsuldar ötürmə edib.