AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Uels oyunundan öncə təşkil edilən mətbuat konfransında britaniyalıların futbolçusu Qaret Beyl jurnalistlərin suallarını cavablandırıb.
– Qarşıda 2 böyük oyun var.
– Bəli. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.
– Sizin üçün Remzinin heyətə qayıtmağı gözəl hissdi yəqin.
– Bəli, onunla bir meydanda olmaq bizim üçün gözəl hissdi.
– Özünüzü necə hiss edirsiz?
– Yaxşıyam və bundan sonra daha da formamı yığacam.
– Neçə ildi ki, xarici klublardasız, milli komandada oynamaq necə hissdi?
– Milli komanda ilə oynamaq şərəfdi. İstəyirəm ki, hər zaman özümü yaxşı tərəfdən göstərim.
– Azərbaycana qarşı oyun haqda fikirləriniz necədi?
– Azərbaycan millisinin son oyunlarına baxanda inkişaf görmək olar. 10 il əvvəlki komanda ilə indiki arasında fərq hiss olunur.