Bu gün futbol üzrə birinci divizionda keçirilməli olan "Turan T" – "Bakılı" matçının başlamasına az müddət qalsa da, Tovuz klubunun futbolçuları meydana çıxmaqdan imtina ediblər.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, bir neçə aydır ki, maaşları verilməyən "Turan T"nin futbolçuları boş vədə qarınlarının dolu olduğunu bildirərək, oyuna çıxmaqdan imtina ediblər. Hal-hazırda Tovuz klubunun üzvləri şəhərin mərkəzi parkında gəzişirlər.
Məsələdən agah olan PFL prezidenti Ramin Musayev Tovuz klubunun prezidenti Namiq Məstənova zəng edərək, məsələni tez bir zamanda yoluna qoymasını əmr edib.