Premyer Liqanın 24-cü turunda "Bakı" doğma meydanda "Sumqayıt"la heç-heçə edib-0:0.
İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matçdan sonra ara qarışıb. Qalib gələ bilmədiklərinə görə əsəbləşən "Bakı"nın futbolçusu Rauf Əliyev soyunub-geyinmə otağına gedən yolda qapının şüşəsini sındırıb.
Qeyd: Mühafizəçilər sınmış şüşələrin fotosunu çəkməyə mane olurdu.