Kateqoriyasız

Biləcəridə qalmaqal: “Bakı”nın baş məşqçisi “Qarabağ”la oyundan sonra aranı qatdı

Az öncə başa çatan “Bakı” – “Qarabağ” oyunundan sonra qalmaqal yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, meydan sahiblərinin baş məşqçisi İbrahim Uzunca məğlub olduqları oyundan sonra baş hakim Orxan Məmmədova sərt şəkildə etiraz edib. Paltardəyişmə otağına gedən yolda etiraz edən çalışdırıcını sakitləşdimək mümkün olmayınca araya polsilər girib. Bundan sonra isə aranı sakitləşdirmək mümkün olub. 

Xatırladaq ki, matç “Qarabağ”ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43