24 Dekabr 2024
Ölkə futbolu

Biləcəridə qalmaqal: FIFA referisi aləmi bir-birinə qatdı – ÖZƏL

Azərbaycan I divizionunun X turu çərçivəsində Biləcəridə keçirilən MOİK – “Araz – Naxçıvan” matçından sonra qalmaqal yaranıb.

İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyuna əlavə olunmuş dəqiqələrdə hərbiçilərin qapısına penalti təyin olunub. Naxçıvan klubu son saniyələrdə vurduğu qolla qələbə qazanması MOİK rəsmilərini yamanca əsəbləşdirib.

Qarşılaşmadan sonra oyunu idarə edən Anar Salmanovun son dəqiqələrdə verdiyi qərarlar isə MOİK tərəfindən kəskin etirazlara səbəb olub. Adını dəqiqləşdirə bilmədiyimiz bir MOİK rəsmisi matçdan sonra Salımanovun üzərinə hücum çəkib. Maraqlıdır ki, FIFA referisi də buna qarşılıq verərək həmin şəxsin üzərinə gedib. Aranı yan xətt hakimləri və futbolçular sakitləşdirib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43