19 Sentyabr 2024
Ölkə futbolu

Bilik Gününə həsr olunmuş sosial layihə keçirildi

Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirilib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının VI turunun “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” qarşılaşmalarından öncə futbolçular meydana bu il ilk dəfə məktəbə gedəcək uşaqlarla çıxıblar.

Əyinlərində məktəbli forması, çantası, əllərində Azərbaycan bayraqları olan gələcək məktəblilər xoş görüntü yaradıb, uzun illər unutmayacaqları anlar yaşayıblar. Daha sonra Azərbaycan Himni səsləndirilib.

Ardınca uşaqlar tribunaya qalxaraq valideynləri ilə birgə matçı izləyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43