Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya millisi yığmamızla qarşılaşıb və Bakıda qələbəyə sevinib – 1:0.
İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ralf Ranqnik oyunla bağlı bunları deyib:
“Oyun demək olar ki, asan keçmədi. Biz bilirdik ki, Azərbaycan nəyə qadirdi. Biz bura gələndə rəqibi analiz etmişdik. Bilirdik ki, çox çətin olacaq. Bakıda mütləq qələbə qazanmalı idik və bunu da etdik. Gördüyünüz kimi futbolçularımız oyundan sonra mahnı oxuyurdu”.
O, daha sonra matçın sonlarında yaşanan gərginliyə də toxunub:
“Bu bir futboldu. Oyun ərzində hər şey ola bilər. Futbolçumuz qəsdən sizin oyunçunun üzünə zərbə endirməmişdi”.