İdman

“…Billiat “Qarabağ”a keçəcək” – Baş məşqçi

Cənubi Afrika Respublikasının (CAR) “Mamelodi Sandaunz” klubunun baş məşqçisi Pitso Mosimane futbolçu Xama Billiatın “Qarabağ”a mümkün keçidinə münasibət bildirib. 

İdmanxeber.com-un məlumatına görə, 54 yaşlı mütəxəssis Billiatın Azərbaycan komandasına transfer ehtimalının böyük olduğunu açıqlayıb. Mosimane 28 yaşlı hücumçunun Ağdam təmsilçisinin düşərgəsinə yollanmamışdan öncə hazırkı klubunda son oyununa çıxa biləcəyini deyib: “Belə söz-söhbətlər var ki, Biliat “Qarabağ”a keçəcək və ona böyük pullar ödəniləcək. Billiat bizimlə müqaviləsini yeniləmədi. Mən onun gedişini qəbul etdim. Amma açığı, Xama bizə 5 yaxşı ilini verdi. İndi isə onu buraxma zamanı yetişib.

Qeyd edək ki, artıq qızıl medalları təmin etmiş “Mamelodi Sandaunz” CAR çempionatında son oyununu mayın 12-də “Blum Seltik”ə qarşı keçirəcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43