Kateqoriyasız

“Bir az çətinliklərimiz var” – Qurban Qurbanov

“Maraqlı oyun alındı. Futbolçular bir az çətinlik çəkirdilər. Rəqibin Avtsriyada oynadığı 4-cü oyunu idi. Onların hazırlığı bizdən daha yaxşı səviyyədə idi. Buna baxmayaraq, bizim heyətimizdə problemlər var idi. Bəzi oyunçuları qoruduq, digərlərindən 90 dəqiqə meydanda istifadə edə bilmədik”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriyada təlim-məşq toplanışı çərçivəsində  Bolqarıstanın SSKA klubuna 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bu matç onun üçün vacib idi: “İstəyirdim ki, futbolçular ilk oyunda həm sürət, həm mübarizə  hiss eləsin. Rəqib də demək olar ki, istədiyim komanda idi. Bəlkə də ilk hissədə texniki səhvlərimiz çox oldu. Bu da başa düşülən idi. Hər bir halda oyundan razı qaldım. Sona kimi mübarizə oldu və oyunun sürəti düşmədi. Bir az çətinliklərimiz var. SSKA ilə matçda bu, tam hiss olundu. İnanıram ki, yaxın zamanda bunları aradan qaldıracağıq. Oyunu qalibiyyətlə bitirmək tam yerinə düşdü”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43