“Gözəl mövsümü və klubumuzun tarixində əbədi olaraq qalacaq bir çox unudulmaz anları geridə qoyduq. Amma bütün bunlar artıq geridə qaldı, indi gələcəyi düşünürük”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç sosial şəbəkə hesabından paylaşıb. O, komandanın qarşıda daha ciddi nəticələr gözlədiyini vurğulayıb:
“Səbirsizliklə daha böyük nailiyyətlər gözləyirik. Bu uzun səyahətin bir parçası olan klubdakı bütün insanlara, komanda yoldaşlarıma, ailələrimizə və azarkeşlərə təşəkkür edirəm”.
Xatırladaq ki, “Qarabağ” ötən mövsüm Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb.