05 Dekabr 2020
  • Ana səhifə
  • Müsahibə
  • Bir daha “Böyük oyun”u görməyəcək sabiq “Xəzər Lənkəran”lı: “Neftçi” ilə oyun mənim üçün həmişə prinsipial olub” – MÜSAHİBƏ
Müsahibə

Bir daha “Böyük oyun”u görməyəcək sabiq “Xəzər Lənkəran”lı: “Neftçi” ilə oyun mənim üçün həmişə prinsipial olub” – MÜSAHİBƏ

“Qəbələ”nin futbolçusu Elnur Allahverdiyevin idmanxeber.com saytına müsahibəsi.

– Azlıqda qalan “Simurq”u məğlub edə bilmədiz. Oyunla bağlı fikirlərini bilmək istəyərdim.

Çox məyusam. Düzdü qələbə qazana bilmədik, ancaq qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Onlard gördüyünüz kimi müdafiəyə oturmuşdular, əks hücumlarla bizi cəzalandırmaq istəyirdilər. Düşünürəm ki, bu gün iki xal itirən tərəf biz olduq.

– Qələbə qazanmaq üçün nə çatmadı? Hətta rəqib 45 dəqiqə azlıqda oynadı. 

Oyuna yaxşı köklənə bilməmişdik. Ola bilsin rahatçılığımızın qurbanı olduq. 

– İkinci hissənin əvvəllərinə “Simurq” basqılı başladı…

Düzdü gözləmədiyimiz halda “Simurq” 10 nəfərlə ikinci hissənin əvvəllərində bizi sıxamağa başladı. Çempionatda ən sürətli 4-5 oyunçu varsa o da bizdədi. Düşünürəm ki, bu xal itkisini növbəti turlarda bərpa edəcəyik.

– İkinci hissədə sənin oyunun demək olar ki, alınmadı. Nə ötürmə edə bilirdin, nə də ikili mübarizələrdə qalib gələ bilirdin.

İkinci hissə düzdü oyunum alınmadı. Çünki rəqibə müdafiədə oturmaq tapşırıqı vermişdilər. Buna görə də, top mənə çatanda bəzən iki futboçu birdən məndən topu almağa cəhd edirdi. Yenə deyirəm əsas olan fərdi deyil, bu gün komanda olaraq xal itirdik. Bu oyundan nəticə çıxartmağa çalışacağıq.

– “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra “Qəbələ”yə uyğunlaşmaq baxımından problem yoxdu ki? Ümumiyyətlə hansı klubda çıxış etmək sənin üçün daha rahat idi?

Yox. Mənin 20-21 yaşım yoxdu ki, mən cavan oyunçu deyiləm. Uzun müddətdir ki, təcrübəm var. Belə şeylər mənim üçün normaldı.  “Qəbələ”də oynamaq mənim üçün daha xoşdu. Burda özümü rahat hiss edirəm. 

– Növbəti tur “Neftçi” ilə qarşılaşacaqsınız. Hansı ki, “Xəzər Lənkəran” fortması ilə son 2-3 ayda 2 dəfə “Böyük oyun”da onlara qarşı oynamısan və qələbəyə həsrət qalmısan. İndi nə düşünürsən? Artıq sən “Böyük oyun”larda olmayacaqsan…

Düzdü, ancaq mənim üçün “Neftçi” ilə oyun həmişə prinsipial olub. “Neftçi” yaxşı komandadır  və onlar 3 mövsümdü çempion olmaqla bunu sübut edirlər. Ancaq mən böyük oyunlara özümü kökləyə bilirəm. Bu matç mənim üçün həmişə prinsipialdı və belə də olacaq. Biz bu oyunda çakışacağıq ki, qalib gəlib, liderliyimizi davam etdirək.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Böyükağa Hacıyev: “Mənə 7 milyon versinlər, istədiyin komandanı çempion edim” – MÜSAHİBƏ

admin

“İnter”in yeni transferi ilk dəfə idmanxeber.com-a danışdı: “Azərbaycan mənim üçün yeni bir səhifə olacaq” – MÜSAHİBƏ

admin

Vadim Vasilyev: “Ümid verdilər, iş vermədilər” (MÜSAHİBƏ)

admin