06 Oktyabr 2022
Kateqoriyasız

“Bir məğlubiyyət işimizin üstündən xətt çəkəcək” – Sənan Qurbanov

“Millidən gözləntilər böyükdür. Bir məğlubiyyət artıq işimizin üstündən xətt çəkəcək. İki oyunda da maksimum nəticəyə ümid edirik. Gözləntilər böyükdür. Çünki son vaxtlar çempionatımızda maraqlı oyunlar olur. Komandalarda sürət baxımından irəliləyiş var. Hər kəs oyununu inkişaf etdirir.  Üstəlik “Qarabağ”ın avrokuboklardakı çıxışı da futbol ictimaiyyətində və oyunçularda əlavə inam yaradır. Məncə, “Nant” üzərindəki qələbə yalnız onlara deyil, bütün futbolçulara xüsusi motivasiya verməlidir. Düşünürəm ki, milliyə dəvət alan oyunçularda əhval-ruhiyyə yaxşıdır”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ” və “Şamaxı”nin sabiq baş məşqçisi Sənan Qurbanov Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı Slovakiya və Qazaxıstan yığmalarına qarşı keçirəcəyi görüşlər barədə danışarkən deyib. Gənc mütəxəssis millimizlə rəqiblər arasında səviyyə fərqindən də danışıb. O, iki komandanı da bizdən çox üstün tutmayıb:

“Qarşıdakı rəqiblərimiz – Slovakiya və Qazaxıstana qarşı oynamaq olar. Bu komandalar hazırda dünya futbolunda elə də dəhşətli yerdə deyillər. Ola bilər ki, fərdi olaraq oyunçuları Avropada daha çox oynayırlar. Buna görə müəyyən üstünlüyə sahibdirlər. Ancaq bizdə də elə adlar var ki, Avropanın bir addımlığındadırlar. Onlar da legioner həyatı yaşaya bilərlər. “Qarabağ”ın heyətindəki isimlər “böyük beş”liyin komandalarına qarşı çox yaxşı performans göstərirlər. Sözsüz ki, bunlar komanda şəklində olur. Milli də bu cür kollektiv oyun nümayiş etdirməlidir. Öncəki görüşlərdən də görürük ki, ani səhvlərdən qollar buraxırıq. Ancaq hazırkı rəqiblər üzərimizdə dominantlıq edəcək qədər də güclü deyillər. Artıq gənc futbolçularımız da yetişir. Onlar da belə qarşılaşmalar üçün hazırdır” .

42 yaşlı çalışdırıcı son günlərdə müzakirəyə səbəb olan Qara Qarayevin milliyə dəvət almamasına isə belə münasibət bildirib:

“Özünün də dediyi kimi bu, baş məşqçinin qərarı, Canni de Byazinin fikridir. Peşəkar futbolçu kimi Qara da qərara hörmətlə yanaşır. Ümid edirəm ki, Qarayevin yeri görsənməz. Çünki o, ölkə futbolu üçün önəmli isimdir”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

UEFA yenidən niyə “Qarabağ”a pul verdi?

admin

“Qarabağ” – “Lex” oyununa nə qədər bilet satılıb?

admin

Azərbaycan qran-prisinin yeni vaxtı

admin