Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz Naxçıvan” görüşündə ara qarışıb.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb qonaqların futbolçusu Felipe Santosun vurduğu qol sonrası çılğınca sevinməsi olub. Braziliyalının bu davranışı azarkeşləri özündən çıxarıb və onlar meydançaya yad əşyalar atıb.
Daha sonra Santos azakeşlərdən üzr istəyib.