Futbol üzrə Azərbaycan I Divizionunda 1-ci turun daha 4 oyunu keçirilib.
İdmanxeber.com-un məlumatına görə, “Kəpəz” – “Şahdağ” və “Lokomotiv” – “Şuşa” matçlarında qalib müəyyən olunmayıb. Hər iki görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Digər oyunlarda isə “Qaradağ Lökbatan” “Energetik”i, “Mil-Muğan” isə “Göyəzən”i məğlub edib.
Qeyd edək ki, tura bazar günü keçiriləcək “Zirə” – MOİK və “Ağsu” – “Neftçala” qarşılaşmaları ilə yekun vurulacaq.
6 sentyabr
Birinci divizion, birinci tur
“Kəpəz” – “Şahdağ” – 0:0
“Lokomotiv” – “Şuşa” – 0:0
“Qaradağ Lökbatan” – “Energetik” – 2:0
Qollar: İlham Allahverdiyev, 45 (1:0), Mehdi Mehdiyev, 81 (2:0)
“Mil-Muğan” – “Göyəzən” – 6:1
Qollar: Elxan Məmmədov, 33 (1:0), Rəmzi Məmmədov, 55 (2:0), Fərhad Həsənov, 68 (2:1), Rəmzi Məmmədov, 70 (3:1), Elxan Məmmədov, 72 (4:1), 90 (5:1), Bayram Əliyev, 90+3 (6:1)