Azərbaycan I divizionunun püşkatma mərasimi keçirilib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, jurnalistlər, eləcə də çempionatda çıxış edəcək “Bakı”, “Neftçala”, “Ağsu”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Bakılı”, “Şəmkir”, MOİK, “Mil-Muğan”, “Energetik”, “Göyəzən”, “Zaqatala”, “Şərurspor” komandalarının nümayəndələri iştirak ediblər.
İlk turda aşağıdakı komandalar üz-üzə gələcəklər:
10-11 sentyabr
“Şəmkir” – “Turan Tovuz”
“Ağsu” – “Zaqatala”
“Şahdağ” – MOİK
“Mil Muğan” – “Qaradağ Lökbatan”
“Bakı” – “Şərurspor”
“Energetik” – “Neftçala”
“Göyəzən” – “Bakılı”