Slovakiya millisinin futbolçusu Matuş Bero AVRO-2020-nin seçmə mərhələsinin son turunda Azərbaycana qarşı keçirdikləri görüşü dəyərləndirib.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi millimiz üzərində qazanılan qələbədən sonra qarışıq hisslər keçirdiyini deyib:
“Azərbaycanla oyunda bizə qələbənin vacib olduğunu bilirdik. Üstəlik biz Uels – Macarıstan oyunun nəticəsini gözləməli idik. Azərbaycana qarşı oyun olduqca ağır keçdi. Rəqib müdafiəyə oturmuşdu. İlk qolu vurandan sonra işimiz bir az asanlaşdı”.