24 Yanvar 2022
Dünya futbolu

“Bizə o qədər pul verilsə, mütləq udardıq” – Litva millisinin futbolçusu

“Azərbaycanın klubları çox yaxşı çıxış edirlər. Onlar Çempionlar Liqası və Avroliqaya vəsiqə qazana biliblər. Litva komandaları isə bunu bir dəfə belə bacarmayıblar”.

Bu sözləri Litvanın hücumçusu Neriyus Valskis İdmanxeber.az-a verdiyi müsahibədə deyib. “Hapoel Tel-Əviv”in formasını geyinən futbolçu Azərbaycan millisinin Litva matçı sonrası alacağı 5000 manatlıq mükafata isə təəccüblənib:

“Doğurdan sizdə belə mükafatlar olur ? Açığı deyim ki, bizdə heç vaxt yoxlama oyunu üçün mükafat olmur. Əgər belə mükafat olsaydı, biz mütləq qalib gələrdik (gülür). Bizdə çox nadir hallarda motivasiya üçün premya verilir. O da bu qədər yüksək məbləğ yox, maksimum 500 avro. Burdan belə qənaətə gəlmək olar ki, sizin federasiya oyunçulara yaxşı baxır”.

32 yaşlı futbolçu martın 25-də yoxlama matçında yığmamızla keçirilən görüşdən və nə vaxtsa Azərbaycanda oynama ehtimalından da danışıb:

“Etiraf edim ki, Azərbaycanı daha güclü gözləyirdim. Sizin çox yaxşı oyunçularınız və uğurlu çıxış edən klublarınız var. Azərbaycan çempionatından “Qarabağ”ı, “Qəbələ”ni “Neftçi”ni və “İnter”i tanıyıram. Bir də “Xəzər Lənkəran” var idi. Səhv etmirəmsə, o klub bir neçə il öncə dağılıb.  Nə vaxtsa, Azərbaycanda oynamağım barəsində dəqiq heçnə deyə bilmərəm. Həyatda hər şey mümkündür”.

Qeyd edək ki, Azərbaycan – Litva matçı 0:0 hesabı ilə heç-heçə bitib. Bu görüşdən sonra isə KİV-də millimizin oyunçularının hər birinin 5000 manat premya aldığı yazılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

İslandiyalılardan Halldorssona dəstək – FOTO

admin

Mourinyonun istədiyi 4 futbolçu

admin

“Qarabağ” oyunu öncəsi “Arsenal”da bir ciddi itki daha

admin