06 Oktyabr 2024
Ölkə futbolu Premyer Liqa

“Bizə inanmasalar da, mən futbolçularıma inanıram” – Elmar Baxşıyev

“Yaxşı, dinamik oyun alındı. Hər iki komanda yaxşı iş ortaya qoydu. Həmişə komandamdan daha artığını istəyirəm. Futbolçular mənim istədiyim oyunu göstərməyə çalışırlar. Oyun baxımından daha da rəngarəng ola bilərik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Sabah”la oyundan (1:1) sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Hər məşqçi öz komandasına güvənməlidir. Bu komandanı formalaşdıranda çətinlik çəkirdik. Amma istədiyimiz futbolçuları heyətə cəlb edə bildik. Oyun planında daha da artıra bilərik. Bizə inanmasalar da, mən futbolçularıma inanıram. Komandam öz oyunu ilə hamıya layiqli cavabı verəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43