Kateqoriyasız

“Biz ədalətli oyun arzusundayıq” – Qara Qarayev

“Qarabağ”ın futbolçusu Qara Qarayev UEFA Konfrans Liqasının pley-off mərhələsində “Marsel”ə Bakıda uduzduqları oyunu (0:3) şərh edib.

İdmanxeber.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə “instaqram” hesabında paylaşım edib:

“Bəlkə, hesabda məğlub olduq, amma həqiqətdə çox şey qazandıq. Biz ədalətli oyun arzusundayıq!”

“Qarabağ” “Marsel”ə ümumilikdə 1:6 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43