“Bu mövsüm evdə çox xal qazana bilmədik. Ona görə hamımız güzgüyə baxmalı və deməliyik: Biz aşağı liqaya düşməyə layiqik”.
İdmanxeber.az-ın məlumatına görə, bunu Almaniyanın “Ertsgebirge” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.
32 yaşlı hücumçu “Hannover”ə 1:3 hesabı ilə uduzduqları II Bundesliqanın XXIX tur oyunundan sonra azarkeşlərin etimadını doğrulda bilmədiklərini söyləyib: “Hər zaman bizə inanan fanatlara görə məyusam. Bu, çox ağırdır”.