Ölkə futbolu

“Biz azərbaycanlı futbolçuları mükafatdan məhrum edəcəyik”

Rusiya millisinin futbolçusu Denis Qluşakov Azərbaycan millisinin  qələbəyə görə futbolçulara müfakat vəd etməsinə münasibət bildirib.

O açıqlamasında sərt danışıb:

“Bizim üçün vacib deyil ki, azərbaycanlı futbolçulara kim nə qədər pul mükafatı vəd verib. Hədəfdə Dünya Çempionatıdır. Biz Bakıya yalnız qələbə üçün gedəcəyik. Onlar bizi xaldan məhrum etmək istəyində olsunlar, biz də onları mükafat kimi veriləcək puldan məhrum edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 15-də Rusiya ilə Bakıda qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43