Kateqoriyasız

“Biz bu heyətlə qrupa düşmək gücündəyik” – Qurban Qurbanov

Premyer Liqanın ilk turu çərçivəsində”Qarabağ” “Zirə”nin qonağı olub və heç-heçə edib.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımdan razı qaldım. Çox istəkli bir komandaya qarşı mübarizə aparırdıq. Bugün bir xal qazandıq. Lakin əsas olan öz oyunumuzu qoruyub saxlaya bildik. Rəşad Sadıqova da qarşıdakı oyunlarda uğurlar arzu edirəm.

– Qeyd etdiniz ki, komandanın bütün üzvlərindən razı qaldınız. Ancaq Bəhlul Mustafazadə bugün həm zəif oynadı, həm də penaltiyə səbəb oldu.

– Bəhlul iki aydan çox idi ki, məşq etmirdi. Bəhlulda gördüyüm üstün cəhətləri bugün də gördüm. Çatışmayan cəhətləri var. Tələblərin ondan çox olacaq. Ona ümidlərim böyükdü. Qarşıdakı oyunlarda özünü doğruldacağına əminəm.

– “Aberdin”lə oyun haqda nə düşünürsünüz?

Oyunlarına baxmişam. Təhlükəli rəqibdi. Bu komanda hər rəqibə qarşı fərqli oyun oynayır. Standart vəziyyətdən həddindən artıq təhlükəlidilər. Mərhələ keçmək üçün çox çalışmalı olmalıyıq.

– “Aberdin”in baş məşqçisi mərhələyə daha yaxın olduqlarını bildirib.

Hər iki komandanın şansı var. Hər məşqçi komandasını bir cür oyuna kökləyir.

– Hücumçu probleminiz hələ də qalmaqdadır…

Biz də istəyirik ki, bu məsələ həll olunsun. Lakin bəzən çox çətin olur. Daha yaxşısını axtarırıq. Amma əlimdə olan futbolçularla həm çempionluğa, həm də qrupa düşmək gücündəyik. İstənilən halda iş gedir. Axtarışlarımız davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43