Kateqoriyasız

“Biz bütün variantlara hazırlaşmışıq” – Stanislav Çerçesov

“Rəqibləri ilk görüşdən sonra yaxşı analiz edə bilirik. “Qarabağ” çox yaxşı hazırlıqlı komandadır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Ferensvaroş”un baş məşqçisi Stanislav Çerçesov  “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransıda deyib. O, daha sonra belə davam edib:

“Bu mövsüm artıq 6 rəsmi oyun keçirmişik. Bu üzdən zədəli futbolçunun olması normaldır. Ümid edirəm ki, zədəli oyunçularımız “Qarabağ”la matçda sərəncamımızda olacaq. Oyunun müəyyən anlarında deyil, 90 dəqiqə ərzində üstün olmaq istəyirik. Məqsədimiz sona qədər mübarizə aparmaq və hakimin final fitinə qədər gücdən düşməməkdir.

Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik. Biz bütün variantlara hazırlaşmışıq”.

Qeyd edək ki, sabah Budapeştdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43