16 Sentyabr 2024
Milli komanda

“Biz keçmişlə yaşamırıq, amma…” – Santuş

Millətlər Liqasında C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan milli komandası sabah növbəti matçına çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Fernandu Santuşun yetirmələri Slovakiyanın qonağı olacaq.

Matçdan öncə portuqaliyalı çalışdırıcı media nümayəndələrinin suallarını cavablandırıb:

– Yerli mətbuatda rəqibin Azərbaycanı çox ciddi analiz etdiyi yazılır. Bu, Santuşu çəkindirmir ki? Bizi dərindən analiz etmələri ona çərinlik törədəcək?

Mənim köməkçilərim də Estoniyada olanda belə analiz etmişdi. Bu, normal prosesdir.

Slovakiya Azərbaycan üçün çox önəmli rəqibdir. İlk qolumuzu bu milliyə vurmuşuq. 21 yaşadək yığmada ilk qələbəmizi də onların üzərində qazanmışıq. Fernandu Santuşun məşqçi kimi ilk qələbəsini də sabah gözləyək?

– Biz keçmişlə yaşamırıq. Amma sabah meydana qələbə üçün çıxacağıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Keçmişdə İsveç və Slovakiyanı məğlub etmişik, bu, aydındır. Amma ondan sonra görün nə qədər məğlub olmuşuq. Bizim üçün əsas olan məsələ odur ki, sabah futbolçular sona kimi mübarizə aparsın. Yeni yolda çətinliklər də olacaq. Bunun öhdəsindən gəlməliyik. Rəqibə hörmətimiz var. Kifayət qədər güclüdür. Avropa çempionatında çıxış ediblər. Amma onlardan qorxmuruq. Sabah əlimizdən gələni edəcəyik.

– İsveçlə görüşdən sonra Ramil Şeydayev və Emin Mahmudov arasındakı məsələ çox müzakirə olundu. Bu barədə baş məşqçinin mövqeyi necədir? Sizcə, Ramil doğru etdi?

Bu barədə danışmaq istəmirəm. Amma Eminə demişdim ki, penaltini sən yerinə yetirəcəksən.

– Azərbaycandan nəinki qələbə, heç heç-heçə də gözlənilmir. Bu, sizi ruhdan salır, yoxsa əksinə motivasiya verir?

Siz çox səhv yanaşırsız. Mən qələbələr gözləyirəm. Biz əlimizdən gələni edib qələbə qazanmaq istəyirik. Meydana da yalnız qələbə üçün çıxacağıq.

– Bəhlul Mustafazadənin itkisi nə qədər ciddir?

Bizim kifayət qədər oyunçumuz var. Təbii ki, oynasa daha yaxşı olardı. Amma İsveçlə matçın ilk hissəsində zədələnmişdi. Sabah mövcud futbolçularımızdan yararlanacağıq. Komandanın heyəti zəngindir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43