Ölkə futbolu

“Biz Mahirdə açıq-aydın inkişaf gördük” – Miroslav Kloze  

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi  Miroslav Kloze növbəti dəfə Mahir Emrelidən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis millimizin futbolçusu ilə münasibətinin pis olmadığı bildirib. O, həmyerlimiz barədə bunları deyib:

“Mahirə qarşı kin saxlamırdım. Onunla növbəti dəfə söhbət etdik. Mahir bununla bağlı bəyanat da yaydı. Mən bunu çox müsbət hesab edirəm. O, hər şeyi düşünüb və yenidən əsas heyətə daxil olmaq istəyir. Bu, son bir neçə gündəki məşqdə də özünü büruzə verdi. Biz onda açıq-aydın inkişaf gördük”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43