09 Avqust 2022
Kateqoriyasız

“Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından…” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Macarıstan “Ferentsvaroş”unun futbolçusu Endre Botkanın UEFA Çempionlar Liqasının ilk oyunu zamanı Tofiq Bəhramov adına Respublika stadionuna kabab iyi və tüstüsünün gəlməsi barədə fikirlərinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis matçın hər iki komanda üçün eyni şərtlər altında keçdiyini söyləyib.

Qurbanov əcnəbilərin Azərbaycan kababından danışmalarını sevindirici hal adlandırıb: “Bilmirəm, Botka bunu hansı mənada deyib. Hava hamımız üçün eynidir. Əksinə, sərin havada oynanılan məşq daha rahat oynanılır. Qaldı ki, onların burnuna Azərbaycan kababının iyinin gəlməsinə sevinirəm. Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosiska iyi gələ bilər. Biz hamımız azərbaycanlıyıq. Hər bir xalqın öz adət-ənənəsi var. Ümumiyyətlə, əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Ən yaxşısı “Bakcell Arena”da, ən pisi Bayılda

admin

Millimizin üzvü Ukraynada dubl etdi

admin

Daha bir azərbaycanlı futbolçu Gürcüstan klubunda

admin