“Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovina klubu “Jelezniçar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, səfərdə 2:2 hesablı heç-heçə etdiklərini xatırladan rumınıyalı mütəxəssis cavab görüşünün gərgin alınacağını düşünür:
“Məqsədimiz növbəti mərhələyə adlamaqdır. Rəqibimizin necə oynayacağını və necə əzmkar komanda olduğunu bilirik. Bizi ağır matç gözləyir, bunu dərk edirik”.
Qeyd edək ki, avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da start götürəcək.