22 Fevral 2025
Ölkə futbolu Premyer Liqa

“Bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq” – Elmar Baxşıyev

“Ağır oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı.Komanda düşündüklərimizi meydanda verməyə, yaxşı iş göstərməyə çalışrıdıl. Yola davam etmək lazımdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Turan Tovuz”a uduzduqları oyundan (0:1) sonra deyib.

Təcrübəli mütəxəssis “qırmızı vərəqə epizodu barədə fikirləriniz necədir?” sualına belə cava verib:

“Sizcə var idi? Mən də təkrara baxım. Orada heç sarı vərəqəlik bir şey yox idi. İki tur öncə demişdim ki, bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq. Komanda möhkəmdir, meydanda layiqli cavab verəcək. “Kəpəz”lə matçın 3-cü dəqəsində VAR-a baxmadılar. Amma sonradan görürük ki, penaltilik epizod idi. Davam etmək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43