“Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı çıxış edəcəyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Təcrübəli müdafiəçi Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, Albaniya çempionu “Partizani”nin asan rəqib olmadığını bildirib:
“Ötən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdır, burda hər rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq”.