Kateqoriyasız

“Bizi kiçik komanda bilib…” – Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə “Sevilya”ya uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yenilgini şərh edib.

İdmanxeber.az-ın məluatına görə, təcrübəli mütəxəssis bunları deyib:

“Çox istərdik ki, azı bir xalla qayıdaq. Təəssüf ki, alınmadı. Futbolçular çox əziyyət çəkdilər.

İlk hissə komanda daha intizamlı oynadı. Bu oyunun vacibliyindən əlavə, komandanın oyunçularında məsuliyyət var idi. Bağışlanılmaz səhvlər var idi və bunları başa düşürəm”.

Qurbanov daha sonra “Sonuncu dəfənə vaxt belə məyus olmusuzu?” sualına belə cavab verib:

“Məyus olduğum anlar çox olub. Bu da onlardan biridi”.

Çalışdırıcı hakimlik haqda da danışıb:

“Hakimlik haqda çox danışmağı sevmirəm. Bizim kimi komandalara həmişə kiçik baxırlar. Bu belə olmamalıdı. Mən penalti epizodunu görməmişəm. Amma baxanlar dedi ki, var idi”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43