Rusiya millisinin müdafiəçisi Georgi Şennikov ölkəsinin mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Növbəti rəqibiniz haqda nə deyə bilərsən?
– Azərbaycan millisi öz meydanında oynayacaq. Deməli, rəqib azarkeşlərini məyus etməyəyə çalışacaq. Ancaq bizim də öz tapşırığımız var: Qrupda birinci pilləni tutmaq və dünya çempionatının final mərhələsinə yollanmaq. Heç-heçə haqda heç düşünmürük, ancaq qələbəyə köklənmişik.
– Oyundan əvvəl həyəcan varmı?
– Məncə, hər bir futbolçu istənilən oyundan öncə bir qədər həyəcanlanmalıdır. Bu normaldır.
– Azərbaycanla oyuna köklənməkdə hansısa problem olmayacaq?
– Qətiyyən! Hər kər oyuna lazımi qaydada köklənməlidir və yeri gəldikdə, torpağı gəmirməli, ancaq qələbə qazanmalıyıq.