25 Dekabr 2024
Kateqoriyasız

“Bizim əsas məqsədimiz qələbə qazanmaqdır”

Bakı” “Simurq”la oyuna hazırlıqlarını davam etdirir.

Komanda bu gün səhər saatlarında  Milinko Pantiçin rəhbərliyi altında təlim-məşq bazasında 1,5 saat məşq edib.

Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb.

Elvin Әliyev və Aqil Nabiyev məşqdə iştirak etməyib. Şəhriyar Әliyev, Junior və Rauf Əliyev komandadan ayrı çalışıblar.

Milinko Pantiç “Simurq”la qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb: “Biz artıq “Rəvan”la keçirdiyimiz oyunu unudmuşuq. Qarşıda bizi çox güclü rəqib gözləyir. “Simurq” 90 dəqiqə meydanda oynayan komandalardandır. Buna baxmayaraq bizim əsas məqsədimiz qələbə qazanmaqdır”.

Xatırladaq ki, Topaz Premyer Liqasının 4-cü turu cərçivəsində keçiriləcək “Bakı” – “Simurq” matçı avqustun 24 avqust saat 19:00-da “Şəfa” stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43