Kateqoriyasız

“Bizim futbolçularla maraqlanan Türkiyə klubları var” – “Neftçi”nin prezidenti

“Neftçi” klubunun prezidenti Kamran Quliyev Türkiyə mətbuatına açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, “beİN Sports” telekanalına danışan Quliyev, Türkiyə klublarının “Neftçi”nin futbolçuları ilə maraqlandığını deyib:

“Qalatasaray”ın ayağı bizə düşdü, çempion olduq. 8 illik həsrətə son qoyduq. Çox xoşbəxt idik. Mayın 19-da son oyunumuza çıxdıq. Son dəqiqədə türk əsilli bolqar futbolçu Əhməd Əhmədovun vurduğu qolla qələbə qazandıq və çempion olduq.

Türkiyə Super Liqasını və 1-ci liqanı izləyirik. Türkiyədən bizə təklif olunan futbolçular var. İnanmaq istərdim ki, nəinki Türkiyədən buraya, Azərbaycandan da Türkiyəyə futbolçular gedəcək. Bizim futbolçularla maraqlanan Türkiyə klubları var. Türkiyə və Azərbaycan milli komandaları arasında keçirilən yoxlama oyunundan sonra bir neçə futbolçumuzla bağlı suallar verilməyə başlandı. Menecerlər, klublar maraqlanır. Biz də istəyərik ki, futbolçularımız Türkiyə Super Liqasında çıxış etsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43