Milli komanda

“Bizim klasımız Serbiyadan üstün deyil” – Emin Mahmudov

DÇ-2022-nin seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Serbiya oyunu öncəsi mətbuat konfransında yığmamızın futbolçusu Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi.

– Serbiya ox çətin rəqibdi. Başa düşməliyik ki, orda böyük futbolçular oynayır. Ancaq əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Heç nə itirmirik. Baş məşqçinin dediklərini maksimum yerinə yetirməliyik. Çalışacağıq ki, qələbə qazanaq.

– Azərbaycan vətəndaşlığı aldıqdan sonra həmişə jurnalistlər sənin millidə oynamağını tələb edirdi. Son iki matçda meydanda olmusan. Hansı çatışmazlıqları görürsən?
– İnanmıram ki, bir oyunçudan nəsə sılı olsun. Əsas komandanın bir yerdə necə oynamasıdı. Meydana çıxdıqca çalışacam ki, əlimdən gələnin makimumumnu edim.

– Vuruşmaqdan başqa nəsə ümidverici söz deyə bilərsən?
– Əsas mübarizə aparmalıyıq. Bizim klasımız onlardan üstün deyil, səviyyəcə daha güclü rəqibə qarşı oynayacağıq. Mübarizə aparmalı, vuruşmalı, konsentrasiyanı itirməməliyik. Ani diqqətsizlikdən qol buraxa bilərik. Topla oynamağa çalışmalıyıq. Portuqaliyaya qarşı ilk yarıda top saxlaya bilmədiyimiz üçün çox çətinlik çəkdik. Fasilədən sonra isə artıq hücuma çıxa bilirdik. Topla oynamaq çox vacibdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43