23 Dekabr 2024
Müsahibə

“Bizim oyunçunun “sudurğa”sı tutmuşdu” (MÜSAHİBƏ)

AZAL-ın futbolçusu Rail Məlikovun İdmanxeber.com-a müsahibəsi.

– Çətin oyun oldu və qələbə qazandınız. 90 dəqiqə ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…

– Bu komanda ilə oyunlar hər zaman çətin keçir. “Neftçi”nin futbolçulardan üstündü. Futbolumuzun flaqmanına qarşı oynadıq. Ciddi hazırlaşmışdıq. Baş məşqçimiz nə tapşırıq vermişdisə, hamısını icra etməyə çalışdıq. Qolu vurduqdan sonra taktiki dəyişiklik etdik. Əsasən, əks-hücumlarda oynadıq. Seçimimiz sonda bəhrəsini verdi.

– Bu qələbə ilə bu mövsüm “Neftçi”dən 6 xal almış olduz. Açığı, bunu heç kim gözləmirdi. Nəticə futbolçular üçü necə, gözlənilməz olmadı?

– Bu “Neftçi” əvvəlki “Neftçi” deyil. Ona görə adi oyunlardan birinə hazırlaşdığımız kimi hazırlaşdıq. Bu il istənilən komandadan xal götürmək mümkündü. Həm də taktiki planda yaxşı oynadıq.

– Birinci dövrədə məğlub etdiyiniz “Neftçi” güclü idi, yoxsa hazırkı komanda?

– Demək olar, eyni futbolçulara qarşı oynadıq. Bir-iki oyunçu yox idi. Bu oyun ağır oldu, çünki rəqibin meydanında oynayırdıq. Çətin oldu. Tapşırığımız da belə idi ki, qol vuraq və müdafiəyə çəkilək. Bunu da həll etdik.

– Amma futbol oynamaqdan çox yerli-yersiz yıxılmaqla vaxtı öldürməyə çalışırdınız…

– Əgər hesabda “Neftçi” öndə olsaydı, bu hərəkətləri onlar edəcəkdi. Futbolun yazılmamış qanunları var. Həm də yıxılanlar zədələndiklərinə görə belə edirdilər. Rəqibə də “feyr-pley”ə əməl etdiyinə görə təşəkkür edirəm.

– Bir epizodda futbolçunuz yerdə qalsa da, “Neftçi”nin oyunçuları oyunu davam etdirdilər…

– Ruslan yıxılmışdı, rəqib komandadakı Ruslan topu meydandan çıxarmağa imkan vermədi. Halbuki bizim oyunçunun “sudurğa”sı tutmuşdu. Hadisələrin gedişi də göstərir ki, topu çıxarmayacaqdılar. Çünki qol vurmaq istəyirdilər.

– Keçmiş “neftçililər”in “Neftçi”yə qarşı prinsipiallığı hiss olunurdu…

– Bu, əvvəlki “Neftçi” deyil. Rəhbərlik də, futbolçuların əksəriyyəti də dəyişib. Bizim prinsipimiz bəzi “rəhbərliklər”lə idi. Bura Sadıq Sadıqovu aid etmirəm. Söz yiyəsi özü bilir. Açığı, prinsip yox idi. “Neftçi”yə qarşı bütün komandalar yaxşı oynamaq, qələbə qazanmaq istəyir.

– “Zirə” ilə oyun gəlir. Qış fasiləsinə qalib yollana biləcəksiniz?

– Öz meydanımızda oynayacağıq. Sabahdan matçın hazırlığı başlayacaq. Məqsədimiz də budur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43