Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) oyunbaşına orta hesabla ən çox qol vəziyyəti yaradılan və ən çox qol vurulan futbol çempionatlarını açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası da yer alıb.
Ölkə çempionatında hər oyunda ortalama 10,58 qol şansı yaradılıb. Fürsətlərin qola çevrilməsi isə ortalama 2,60-dır. Bunların 0,22-si isə penaltidən olub. Azərbaycan Premyer Liqası bu göstəricidə 74 çempionat arasında 37-cidir.
Siyahının ilk pilləsində Almaniya Bundesliqası yer alır. Çempionatda ortalama 12,96 qol şansı yaradılır. Matçlarda hər görüşə ortalama 3,04 qol qeydə alınır.