Dünya futbolu

Blatter açıqladı: Dünya çempionatı öncəsi “pley-off” oyunları ləğv olunur – VİDEO

FİFA prezidenti Yozef Blatter yeni təklif irəli sürüb.

FİFA-nın rəsmi saytına istinadən verdiymiz məlumata görə, ali futbol qurumunun başçısı dünya çempionatının final mərhələsi öncəsi keçirilən “pley-off” matçlarının ləğv olunmasını təklif edir.

“Komandanın turniri 2 oyunun nəticəsinə əsasən tərk etməsi əsl dramdır. Bəli, “pley-off” matçları azarkeşlər və telekanallar üçün yaxşıdır. Lakin biz ondan imtinanı düşünməliyik. Oyunlar çox gərgin alınsa da, uduzanlar üçün ağır sınaqdır”.

Qeyd edək ki, artıq 21 ölkənin yığması 2014-cü ilin yayında Braziliyada keçiriləcək dünya çempionatına birbaşa vəsiqəni təmin edib. Digər11 milli komandanın adına  bu ayda keçiriləcək “pley-off” oyunlarından sonra aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43