Müsahibə

Blazevski “Xəzər Lənkəran” fanatlarını təriflədi, karyerasının ilk möhtəşəm derbisindən danışdı: “Onlarsız biz müsbət nəticə qazan bilməzdik” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın yeni transferi Deyan Blazevskinin idmanxeber.com saytına müsahibəsi.

– İlk olaraq "Böyük oyun"la bağlı təəssüratlarını öyrənmək istəyərdim…

Bu möhtəşəm oyun oldu. Azarkeşlərin göstərdiyi dəstək əla idi. Onlarsız biz müsbət nəticə qazan bilməzdik.

– Bu oyunda hər şey var idi: 4 qol, 4 qırmızı, möhtəşəm azarkeşlər… Karyeran boyunca belə derbi həyəcanı yaşamışdınmı?

Xeyr, görməmişəm. 

– Oyundan olduğun muddətdə komanda hesabda geri idi. Öz oyununu necə dəyərləndirərdin?

Mənim üçün nəticə və məşqçinin oyundan sonra dedikləri vacibdir. Oyuna 18 nəfər seçilir və bu dəfə oyuna sonradan daxil olan futbolçu matçda dönüş etdi

– Bu cür oyunda "Xəzər Lənkəran" 1 xal qazandı, yoxsa 2 xal itirdi?

Matçdan əvvəl biz üç xalı hədəf almışdıq. Amma bu oyundur, hesab 0:2 olandan sonra, qazanılan bir xala da sevinmək olar.

– Son iki matçda komanda ikinci hissədə daha yaxşı oyun göstərir. Görünür, fasilədə məşqçi xüsusi söhbətlər aparır…

Məncə, biz Antalyada daha yaxşı hazırlıq keçmişdik. Belə görünür ki, biz digər komandalardan daha hazırlıqlıyıq.

– Sabah "Qəbələ"ylə qarşılaşacaqsınız. Bu oyun haqda nə deyərdin?

Çətin olacaq, ancaq 3 xal qazanmaqdan başqa yolumuz yoxdu.

Müsahibədə göstərdiyi köməyə görə, "Xəzər Lənkəran"ın Beynəlxalq əlaqələr üzrə menecerRamil Cahangirova təşəkkür edirik. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43