Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Bney Yehuda”nın üzvü Amit Zenati sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ən yaxşı halıda 2 həftə sonra komandasına kömək edə biləcək. Buna görə də, onun “Neftçi” ilə hər iki oyunu buraxacağı dəqiqləşib.
Qeyd edək ki, “Neftçi” ilə “Bney Yehuda” arasında ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.