UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda təmsilçimiz “Qarabağ” səfərdə “Bodo Qlimt”lə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, Norveçdə keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq oyunu ölkəmizdə İctimai TV canlı yayımlayacaq.
Bundan başqa, Türkiyədə “Tabii”, Rusiyada Okko Sport, İrlandiyada TNT Sports, Norveçdə V Sport 1, Fransada Canal+, İsveçrədə Blue Sport kimi kanallarda bu qarşılaşmanı birbaşa nümayiş etdirəcək.