Bolqarıstan yığmasının müdafiəçisi Nikolay Bodurov “Avro-2016″nın seçmə mərhələsinin millimizlə görüşündən sonra açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, yığmamızla oyunda ilk dəfə komandasının kapitanlıq sarğısını daşıyan Bodurov Bakıda qazandıqları 3 xalın vacibliyini vurğulayıb: “Seçmə mərhələdə ilk oyun olduğu üçün müəyyən həyəcan var idi. Ancaq qalib gəldik. Əsas necə oynadığımız deyil, qələbə qazanmağımız idi. Bu üç xalın əhəmiyyətini seçmə mərhələnin sonunda görəcəyik. Başda kapitan İvelin Popov olmaqla, hər kəsə təşəkkür edirəm. Komandamı meydana kapitan sarğısı ilə çıxardığım bu oyunu hələ çox xatırlayacam. Bunu sözlə ifadə etmək çətindir. Kapitanlıq sarğısını bütün futbolçulara arzu edirəm”.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.