“Neftçi” Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib.
İdmanxeber.az məlumat verir ki, “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfrasında oyunla bağlı fikirlərini səsləndirib:
– “Sumqayıt” ilk 15 dəqiqədə yaxşı oynadı. Biz birinci hissənin ortalarına yaxın yaxşı oynamağa başladıq. Bunun nəticəsində qollar vura bildik. İkinci yarıda müəyyən səhvlər oldu. Buna görə də iki qol buraxdıq. Yenə qol vura bilərdik. Hazırki vəziyyətdə bizim şansımız daha çoxdur”.
55 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
– İkinci hissədə komandanın yaxşı oynamamasının səbəbi nədir?
– Biz düşünmüşdük ki, artıq oyunun taleyi həll olunub. Amma sonra oyuna nazarəti itirdik. Cərimə meydançasına yaxın yerlərdə səhvlər etdik. Bu səhvlərin nəticəsində qollar buraxdıq.
– 4 gün sonra yenidən “Sumqayıt”la, bu dəfə fərqli stadionda oynayacaqsız. Bu matç haqda fikirləriniz necədir?
– Hər oyun bizim üçün önəmlidir. Çünki, ortada xal var. Növbəti oyun da ağır keçəcək.